BİBLİOQRAFİYA

Görkəmli alim, Bakı Dövlət Universiteti biologiya fakültəsi- botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun əsərlərinin biblioqrafiyası 1981-2012-ci illəri əhatə edir.
Biblioqrafiya professor E.M. Qurbanovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr olunmuşdur.
Kitabda alimin 219 adda elmi əsəri- dərslik, dərs vəsaiti, monoqrafiya, metodik göstəriş, proqram, elmi məqalə, tezis və digər materiallar toplanmışdır.
Göstəricidə, həmçinin, professor Elşad Məcnun oğlu Qurbanovun elmi rəhbəri və rəsmi opponenti olduğu namizədlik və doktorluq dissertasiyaları, aparıcı təşkilat kimi rəy verdiyi namizədlik və doktorluq dissertasiyaları da öz əksini tapmışdır.
Alim haqqında olan materiallar isə ayrıca bölmə daxilində qruplaşdırılmışdır.
Biblioqrafiya ümumilikdə, 327 mənbə haqqında dolğun informasiyalarla əhatə olunmuşdur.
Kitabda professor Elşad Məcnun oğlu Qurbanovun elmi-pedaqoji və ictimai fəaliyyətinin qısa oçerki verilmiş, həyat və fəaliyyətinin xronologiyası izlənilmişdir.
Məzmun və xarakterinə görə bütün materiallar xronoloji qaydada verilmiş, o cümlədən, çap olunmuş əsərlərin adlarının əlifba prinsipi əsas götürülmüşdür.
Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda 3 hissədən ibarət:
-“Müştərək müəlliflərin əlifba göstəricisi” (Azərbaycan, rus və ingilis dillərində);
- “Elşad Məcnun oğlu Qurbanovun əsərlərinin sərlövhələrinin əlifba göstəricisi” (Azərbaycan, rus, türk və ingilis dillərində);
- “Coğrafi adlar göstəricisi” kimi informasiya-axtarış aparatı da tərtib edilmişdir.

ətraflı

DƏRMAN BİTKİLƏRİ

Dərslik BDU-nun botanika kafedrasında tədris olunan “Dərman bitkiləri” fənninin proqramına əsasən yazılmış, dünya ədəbiyyatlarına və Beynəlxalq nomenklaturaya əsasən tərtib edilmişdir. Dərslikdə formakopeyaya daxil olunmuş zəngin ehtiyatı olan əsasən Azərbaycan Respublikası ərazisində yayılmış dərman bitkilərinin yığılması, tədarükü, ehtiyatı, biokimyəvi tərkibi, müvafiq xəstəliklərdə onlardan hazırlanan reseptlər, həmin bitkilərin rəngli şəkilləri verilmişdir. Dərslik ali məktəblərin biologiya, əczaçılıq fakültələrinin bakalavr və vagistr pillələrində təhsil alan tələbələr, müəllimlər, təbiətşünaslar, xalq təbabəti ilə məşğul olanlar, flora ilə maraqlanan şəxslər və dərman bitkilərini tədarük edən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

ətraflı

Atropatan Monoqrafiya

Монография посвящена изучению флоры и растительности Атропатанской провинции в переделах Азербайджана охватывая аридные и субаридные районы юго-восточной части Турции, южного Закавказья, Диабарскую котловину, Армянского нагорья, территории Иранской Исламской Республики и до границы Гирканской провинции.В отличии от Л.А.Тахтаджяна (1972) рассматривающий Атропатену как подправинцию, мы считаем, не верным и выделяли в отдельную провинцию Ирано-Туранской области, так как богатая флора этого региона характеризуется достаточно высоким видовым эндемизмом, своей историей становления и развития, а также неоспорима преобразующая роль естественно-исторических условий Атропатены в видообразовательном про-цессе.
Нами изучен видой состав и проведен анализ флоры, и для флоры Азербайджана установлены десятки новых местона-хождения видов.
В первые для Азербайджана введено понятие «псевдомакки» как новый тип растительности. Предложены некоторые рекомендации, призванные способствовать усовершенствованию геоботанических методик исследования.

ətraflı