BİBLİOQRAFİYA

Görkəmli alim, Bakı Dövlət Universiteti biologiya fakültəsi- botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun əsərlərinin biblioqrafiyası 1981-2012-ci illəri əhatə edir.
Biblioqrafiya professor E.M. Qurbanovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 30 illiyinə həsr olunmuşdur.
Kitabda alimin 219 adda elmi əsəri- dərslik, dərs vəsaiti, monoqrafiya, metodik göstəriş, proqram, elmi məqalə, tezis və digər materiallar toplanmışdır.
Göstəricidə, həmçinin, professor Elşad Məcnun oğlu Qurbanovun elmi rəhbəri və rəsmi opponenti olduğu namizədlik və doktorluq dissertasiyaları, aparıcı təşkilat kimi rəy verdiyi namizədlik və doktorluq dissertasiyaları da öz əksini tapmışdır.
Alim haqqında olan materiallar isə ayrıca bölmə daxilində qruplaşdırılmışdır.
Biblioqrafiya ümumilikdə, 327 mənbə haqqında dolğun informasiyalarla əhatə olunmuşdur.
Kitabda professor Elşad Məcnun oğlu Qurbanovun elmi-pedaqoji və ictimai fəaliyyətinin qısa oçerki verilmiş, həyat və fəaliyyətinin xronologiyası izlənilmişdir.
Məzmun və xarakterinə görə bütün materiallar xronoloji qaydada verilmiş, o cümlədən, çap olunmuş əsərlərin adlarının əlifba prinsipi əsas götürülmüşdür.
Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda 3 hissədən ibarət:
-“Müştərək müəlliflərin əlifba göstəricisi” (Azərbaycan, rus və ingilis dillərində);
- “Elşad Məcnun oğlu Qurbanovun əsərlərinin sərlövhələrinin əlifba göstəricisi” (Azərbaycan, rus, türk və ingilis dillərində);
- “Coğrafi adlar göstəricisi” kimi informasiya-axtarış aparatı da tərtib edilmişdir.

ətraflı